AEBA rəsmisi: Heç bir təşkilat və ya millət iqlim dəyişikliyi ilə təkbaşına mübarizə apara bilməz

AEBA rəsmisi: Heç bir təşkilat və ya millət iqlim dəyişikliyi ilə təkbaşına mübarizə apara bilməz

Hazırda oxunan: AEBA rəsmisi: Heç bir təşkilat və ya millət iqlim dəyişikliyi ilə təkbaşına mübarizə apara bilməz

197970

Qlobal temperatur artımını məhdudlaşdırmaq üzrə Paris Sazişinin məqsədlərinə nail olmaq günümüzün ən aktual problemlərindən biridir.

Bizim.Media xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Nacat Moxtar Bakıda “COP29-a aparan yol: dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşün iştirakçılarına videomüraciətində deyib.

O bildirib ki, son elmi hesabatlar dünyanın iqlim dəyişikliyi hədəflərinə çata bilmədiyini və demək olar, bütün Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) risk altına qoyduğunu göstərir.
“Biz tarixdə dönüş nöqtəsinin astanasındayıq və bugünkü hərəkətlərimiz planetimizin sonrakı nəsillər üçün gələcəyini müəyyən edəcək. İqlim dəyişikliyi sağlamlıq və qida sistemlərindən tutmuş iqtisadiyyat və ətraf mühitə qədər həyatımızın bütün aspektlərinə təsir edən problemdir”, - Nacat Moxtar söyləyib.

O qeyd edib ki, dünyanın iqlim dəyişikliyinin mürəkkəb problemi ilə üz-üzə qaldığı zaman heç bir təşkilat və ya millətin bununla təkbaşına mübarizə apara bilməyəcəyi aydın olur.

“Biz dayanılqı gələcək üçün lazım olan innovasiyaları idarə etməkdən ötrü əməkdaşlığın gücündən və kritik maliyyə dəstəyindən istifadə edərək razılaşdırılmış məsələlərdə gücümüzü birləşdirməliyik”, - AEBA baş direktorunun müavini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO