Bağçalar uşaqların inkişafına necə TƏSİR EDİR?

Bağçalar uşaqların inkişafına necə TƏSİR EDİR?

Hazırda oxunan: Bağçalar uşaqların inkişafına necə TƏSİR EDİR?

197923

Uşaqların tərbiyəsində və bir şəxsiyyətə çevrilməsində ailə, mühitlə yanaşı sosial müəssisələr, bağçalar, kurslar da əhəmiyyətli rol oynayır. Uşaqların intellektual səviyyəsi ona verilən tərbiyyədən asılıdır. 

Övladların təhsil yolunda ilk dayanacağı olan uşaq bağçaları uşaqların inkişafına nə qədər təsir edir?

Mövzuyla bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elşən Qafarov bildirir ki, uşaq bağçaları onların məktəb həyatına hazırlanmasında mühim rol oynayır: 

“Uşaq bağçaları Azərbaycan Respublikasında 1-6 yaş aralığını əhatə edir. Burada iki dövr var. Körpəlik və erkən yaş dövrü. Dünyanın bütün təhsil sistemlərində  uşaq bağçalarına önəm verilir. Amma təəssüf ki, bağçalarda bəzi çatışmayan nöqtələr də var. Ölkədə 500.000 uşaqdan 18.000- i uşaq bağçalarına cəlb olunub. Bu təhsil müəssisələrində uşaqların inkişafı üçün, sosiallaşması müəyyən dərslər, təlimlər keçirilir. Bunu da qeyd etmək istərdim ki, ölkədə cəmi 1950 uşaq bağçası var ki, bu da tələbatı tam ödəmir. Buna görə təhsil şəbəkəsini genişləndirmək üçün addımlar atmaq lazımdır. Ölkədə özəl sektorlara da yer vermək mütləqdir” 

Bağçaya gedən uşaqla, getməyən uşaqların arasındakı fərqə gəlincə, ekspert qeyd edib ki, bağçaya gedən uşaq daha aktiv və kollektiv şəraitinə öyrənmiş olur:

“Məktəb həyatında özünü daha rahat şəkildə ifadə edir. Bir sözlə uşaqda zehni inkişaf özünü daha çox  göstərir, uşaq artıq rejimə düşmüş olur”. 

Mövzuyla bağlı öz fikirlərini bildirən psixoloq Fərqanə Mehmanqızı isə uşaq bağçalarının rolunun uşaqların həyatında çox mühim olduğunu vurğulayıb:

“Uşaqların sosiallaşması üçün bağça çox önəm daşıyır. Onlara udub, uduzmağı, disiplinli olmağı öyrədir. Bağçalarda verilən yeməklər planlı və protokollara uyğun şəkildə verilir. Uşaqların qida rasionuna uyğun olan yeməklərə önəm verilir. Daha sonra bağçalarda uşaqlar üçün əyləncə proqramları, düzgün davranış qaydaları və.s öyrədilir. Uşaqların həyata daha savaşkar ruhlu atılması üçün bağçaya  getməsi mütləqdir”, - deyə psixoloq vurğulayıb. 

Nailə Kərim, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO