“Həccə gedib özlərini reklam edirlər, sanki Antalyadadırlar” – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA 

“Həccə gedib özlərini reklam edirlər, sanki Antalyadadırlar” – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA 

Hazırda oxunan: “Həccə gedib özlərini reklam edirlər, sanki Antalyadadırlar” – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA 

197921

Qurban bayramı islam dünyasının ən müqəddəs bayramıdır. Bu il də Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olundu. İmkanı olan bəzi müsəlmanlar bayram ərəfəsində həcc ziyarətinə getdi və qurbanlarını müqəddəs ünvanlarda kəsdi. Maraqlıdır ki, belə əlamətdar hadisələrdə sosial şəbəkələrdə yayılan bir video xeyli təəccüb və təəssüf doğurub. Belə ki, həmin videoda Kəbəyə ziyarətə gələn qadının müqəddəs məkanda rəqs etməsi öz əksini tapıb. Təbii ki, qadının hərəkəti və paylaşım birmənalı şəkildə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Bununla bağlı fikirlərini Bizim.Media ilə bölüşən ilahiyyatçı Tural İrfan deyib ki, hicablı, üzü niqablı qadının Kəbənin önündə rəqs edərək onu da videoya çəkdirib dünyaya yayması qəbahət əməldir:

“Ona görə deyirik hər adam Həccə getməməlidir. Ona görə deyirik əsl ismət üzü, başı örtməklə deyil. O hərəkəti bizim xanımlar heç zaman hansısa ziyarətgahda, məsciddə etməzdilər. Ən azı xalqımızın genindən gələn abır, həya, ismət anlayışı var. Anacaq Allahın ən müqəddəs elan etdiyi bir məkanda bu hərəkəti edən qadın hətta öz rəqsini lentə aldırıb yayıb. Bu da ikinci qəbahət”. 

İlahiyyatçı hesab edir ki, qadın nəzarətçilərin gözündən yayınıb:

“Əvvəllər çəkilişə izn verilmirdi Kəbədə. Əslində belə şeylərə görə izn verilməsə yaxşıdır. Çox adam oradan çəkiliş edib özünü reklam edir, özünü göstərir, sanki Yessentukidə, Antalyada, Bodrumda istirahətdədir. Yəni, adamlar Həccin mahiyyətini anlasa orada rəqs etmək yox, əksinə hallarına, günlərinə ağlayarlar. 

Həcci Peyğəmbər “kiçik qiyamət” adlandırır. Orada hər kəs öz halına, günahlarına, ibadətinə baxmalıdır. Dünyada müsəlmanlara hansı zülm edilir, Fələstində minlərlə günahsız uşaq qətlə yetirilir, sən hansı gününə oynayırsan? Ona görə hər kəsi ora göndərmək düzgün deyil. Dinin də əmridir ki, Həccə sağlam, həddi-büluğa çatmış, ruhu-psixoloji durumu qaydasında olan, maddi imkanı olan, dini mükəmməl bilən müsəlmanlar getməlidir. 
Həcc ziyarət yox, ibadətdir. Bunu çoxları qarışdırır. Kərbəla, Məşhəd kimi yerlər ziyarətdir. Ancaq Kəbə, Həcc, Səfa - Mərvə, Qurban, Təvaf, Ehram ibadətdir. Dinin vacib şərtidir. İbadət zamanı da oyun çıxarıb rəqs etmək, hələ onu da çəkib müsəlmanları dilə-dişə, rişğənd obyektinə çevirmək qətiyyən doğru deyil”. 

Tural İrfan ehtimal edir ki, bu planlı bir iş də ola bilər:

“Məsələn, bu cür biabırçı hərəkətlər islamofobiyanın tüğyan etdiyi Fransa, Hollandiya, İsveç kimi dövlətlər tərəfindən də təşkil edilmiş ola bilər. Müəyyən ödəniş qarşılığında İslamı rişğənd hədəfinə gətirmək üçün bu ölkələr belə işlərə çox rəvac verirlər. Ancaq hər bir halda Həcc, namaz kimi bir ibadətdir və bu ibadət zamanı da insan özünü Allah qarşısında hiss etməlidir. Kimsə belə iş görsə də, onu ictimailəşdirmək ondan betər günahdır. Axı, Məkkə disko-klub deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO