Ermənistanda, MTN-in təcridxanasında həbsdə olan Qarabağdakı keçmiş xunta rejiminin oyuncaq “komandan”ı Mikael Arzumanyan, həyat yoldaşı Diana Davtyan, oğulları Arsen və Albert Arzumanyan Müdafiə Nazirliyinə qarşı iddia qaldırıblar.
Bizim.Media Müsavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Məlumata görə, onlar məhkəmədən Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuların sosial müdafiəsi idarəsinin rəisinin 12 iyul 2023-cü il tarixli “Xəbərdarlığı” yazılmış 8 saylı inzibati aktın ləğvini tələb edirlər.
Qeyd edək ki, Arzumanyan 2022-ci ildə Şuşa şəhəri və ətraf rayonların “müdafiəsinin təşkilində səhlənkarlıq” ittihamı ilə həbs edilib. Separatçı cani özü isə ittihamı qəbul etmir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:22 / 18.06.2024
Şuşa ilə bağlı həbs edilən canidən xəbər var
Hazırda oxunan: Şuşa ilə bağlı həbs edilən canidən xəbər var
Hazırda oxunan: Şuşa ilə bağlı həbs edilən canidən xəbər var
197900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.