Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - Rektordan AÇIQLAMA

Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - Rektordan AÇIQLAMA

Hazırda oxunan: Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - Rektordan AÇIQLAMA

197897

Beynəlxalq əməkdaşlığımızın komponentlərindən biri də ikili diplom proqramlarıdır.

Bizim.Media xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov "oxu.az"a müsahibəsində bildirib.

"Həm ölkəmizin öndə gedən universitetləri, həm də dünyanın qabaqcıl universitetlərində ikili diplom proqramını həyata keçirməyə çalışırıq.

Bu barədə düşüncələrimiz var. Mahiyyət ondan ibarətdir ki, tələbələrimiz Qarabağ Universitetində təhsil aldıqları müddətdə həmin tərəfdaş universitetlərdə də qısamüddətli təhsil almaq imkanına malik olsunlar, həmin o universitetlərin müəllimlərindən dərs ala, həmin universitetlərin tədris və tədqiqat imkanlarından faydalana bilsinlər və nəticədə Qarabağ Universitetinin diplomu ilə barabər, həmin ikili diplom üzrə tərəfdaşımız olan yerli və xarici universitetlərin də diplomunu əldə edə etsinlər", - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO