Hacıqabulda altı fermadan oğurluq edən dəstə SAXLANILDI – FOTO  

Hacıqabulda altı fermadan oğurluq edən dəstə SAXLANILDI – FOTO  

Hazırda oxunan: Hacıqabulda altı fermadan oğurluq edən dəstə SAXLANILDI – FOTO  

197809

Hacıqabulda fermalardan oğurluq edən şəxslər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlayan Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar. 

Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəkənlərə 10 000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. 

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO