Azərbaycanlı gənc ixtiraçıdan daha bir uğur

Azərbaycanlı gənc ixtiraçıdan daha bir uğur

Hazırda oxunan: Azərbaycanlı gənc ixtiraçıdan daha bir uğur

19780

Azərbaycanlı gənc ixtiraçı, dünyada şöhrət qazanan "Reynerci" (Rainergy) startapının təsisçilərindən biri olan Reyhan Camalova Amerikada qeydiyyatdan keçdiyi və qəbul cavabı aldığı daha bir universitetin adını açıqlayıb.

Bizim.Media xəbər verir ki, o bununla bağlı "sosial media hesabında paylaşım edib.

"Çox böyük həyəcan və sevinc hissi ilə bildirmək istəyirəm ki, yeni tədris ilindən təhsilimi Pensilvanya Universitetində tam təqaüdlə Penn Dünya Təqaüdçüsü kimi davam etdirəcəm.

Qəbul olduğum hər bir universitet oxumağı xəyal etdiyim universitetlər idi. Ona görə də seçim prosesi çox çətin oldu.

Hər bir məqam nəzərə alındıqdan sonra mənim inkişafım üçün ən uyğun universitetin Pensilvanya Universiteti olduğuna qərar verdim. Ümid edirəm ki, seçimimdə yanılmayacağam", - R.Camalova bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO