Ermənistanda parlament binası yaxınlığında müxalifət mitinq KEÇİRİR - VİDEO

Ermənistanda parlament binası yaxınlığında müxalifət mitinq KEÇİRİR - VİDEO

Hazırda oxunan: Ermənistanda parlament binası yaxınlığında müxalifət mitinq KEÇİRİR - VİDEO

197794

Ermənistanın paytaxtı İrəvanda parlament binası yaxınlığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“İyunun 12-də polislə toqquşmalarda xəsarət alanların hamısına xəstəxanalarda baş çəkmişəm. Hamımız ölkənin çevrildiyi böyük həbsxanadayıq”, - Qalstanyan mitinqdə bildirib.

Qeyd edək ki, iyunun 12-də aksiya zamanı polislə müxalifətçilər arasında toqquşma olub, etirazçılara xüsusi vasitələrdən istifadə edib. 90-dan çox insan kömək üçün tibb müəssisələrinə müraciət edib. Kütləvi iğtişaşlarda iştirak maddəsi ilə 8 nəfərə qarşı cinayət işi açılıb.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO