Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU

Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU

Hazırda oxunan: Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU

197760

Müəllimlərin 21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarının harada keçirləcəyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri respublikanın 18 şəhər və rayonundakı 27 məktəbdə təşkil olunacaq.
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən, həmin tarixlərdə bu il ilk dəfə prosesə cəlb olunacaq riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.

21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarının yeri aşağıdakı şəkillərdə göstərilib:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO