Hazırda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələr daha çox sıx təmasdadır. Türk dövlətləri arasındakı yaxşı dostluq əlaqələri getdikcə dərinləşir. Bu da həssas dönəmdə çox mühümdür.
Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki səsləndirib.
O bildirib ki, Macarıstan TDT-nin müşahidəçi üzvü olmasına baxmayaraq, bu təşkilatın bütün tədbirlərində yaxından iştirak edir.
Macarıstanda Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərdiyini də diqqətə çatdıran qonaq deyib:
“Başqa cür ola da bilməz. Çünki bizi qohumluq əlaqələri və ortaq dəyərlər birləşdirir, kökümüz eynidir. Adım və soyadım da bunu deməyə imkan verir”.
O bildirib ki, ölkəsinin tez bir zamanda TDT-yə üzv seçiləcəyinə əmindir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:24 / 17.06.2024
Macarıstan Ağsaqqallar Şurasının sədri: Kökümüz eynidir
Hazırda oxunan: Macarıstan Ağsaqqallar Şurasının sədri: Kökümüz eynidir
Hazırda oxunan: Macarıstan Ağsaqqallar Şurasının sədri: Kökümüz eynidir
197703
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.