MN: “Ordumuzun hərbi cinayətlər törətməsi ilə bağlı xəbər iftiradır”  

MN: “Ordumuzun hərbi cinayətlər törətməsi ilə bağlı xəbər iftiradır”  

Hazırda oxunan: MN: “Ordumuzun hərbi cinayətlər törətməsi ilə bağlı xəbər iftiradır”  

1977

Hər gün döyüşlərdə üzləşdiyi uğursuzluqlar, verdiyi çoxlu sayda itkilər və itirdiyi vacib mövqelər düşməni müxtəlif üsullara əl atmağa vadar edir. “Müharibədə bütün vasitələr yaxşıdır” prinsipindən irəli gələrək düşmən artıq Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı böhtan və qarayaxama kampaniyasına başlayıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin Xocavənd rayonunun Tuğ kəndində hərbi cinayətlər törətməsi barədə iddiaları iftiradan başqa bir şey deyil.

Ali Baş Komandanın da vurğuladığı kimi “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq”. Məhz Ermənistan Gəncə və Bərdə şəhərlərinin dinc sakinlərini vəhşicəsinə raket atəşinə tutmaqla özünün əsl müharibə cinayəti törətdiyini bir daha sübut etdi.

Bildiririk ki, Azərbaycan Ordusunun şəxsi heyəti Beynəlxalq humanitar hüququn əsası hesab edilən Cenevrə konvensiyası və digər normativ-hüquqi sənədlərinin tələblərinə riayət edir. Bu isə o deməkdir ki, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız mülki əhali ilə davranış qaydalarına əməl edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO