Vəziyyəti kritik olan xarici vətəndaş Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - FOTO/VİDEO

Vəziyyəti kritik olan xarici vətəndaş Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - FOTO/VİDEO

Hazırda oxunan: Vəziyyəti kritik olan xarici vətəndaş Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - FOTO/VİDEO

197698

İyunun 15-i Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfərdən biri ötən gün Qəbələdən Bakıya helikopterlə təxliyə olunub.

Bizim.Media xəbər verir ki, açıq kəllə-beyin travması, beyindaxili qansızma, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulmuş 1999-cu il təvəllüdlü qadının vəziyyəti kritik-ağır olaraq qiymətləndirilib.

Həmin şəxs xarici vətəndaş olub. Daha ixtisaslı tibbi yardım üçün TƏBİB və Fövqəladə Hallar Nazirliyinin birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım və 1 yerli həkim briqadasının nəzarəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib.
Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin vəziyyətini nəzarətdə saxlayıb.
 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO