Bakının mərkəzində tıxac problemi HƏLL EDİLİR - VİDEO

Bakının mərkəzində tıxac problemi HƏLL EDİLİR - VİDEO

Hazırda oxunan: Bakının mərkəzində tıxac problemi HƏLL EDİLİR - VİDEO

197639

Daha bir ərazidə yol hərəkəti yenidən təşkil olunur.

Bizim.Media xəbər verir ki, Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində arakəsmə ləğv edilərək nizamlanan yolayrıcı təşkil olunacaq. Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkətinə şərait yaradılması planlaşdırılır.

Sürücülərin sözlərinə görə, ediləcək dəyişiklik geri, mərkəzə gedən sürücülərin işini asanlaşdıracaq.

Ərazidə quraşdırılacaq işıqforların qarşısında vətəndaşların sərbəst hərəkətini təmin etmək üçün piyada zolaqları da salınacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO