Sağlam bir baş dərisi ortalama 100 min tükə sahibdir, amma yetkinlərdə yuyulma və daranma səbəbindən 1 gündə orta hesabla 80-120 tük normal hesab edilir. Saç tökülməsi kimyəvi maddələrə məruz qalma, hormonal və qidalanma faktorları, genetik faktor, stres kimi problemlər səbəbindən baş verə bilər.
Maraqlıdır ki, kişilərdə saç tökülməsi qadınlara nisbətən daha tez baş verir.
Bunun səbəbi nədir?
Həkim-terapevt Rrasif Bağırov Bizim.Media-ya bildirib ki, saç tökülməsi Qafqaz xalqları üçün xarakterik xüsusiyyətdir:
“Yəni başqa regionlarla müqayisədə Qafqazda saç tökülməsi anlayışı daha çox olur. Məsələn, Gürcüstanda bu hal Azərbaycandan və Ermənistandan daha çoxdur. Saç tökülməsinin müxtəlif variantları var.
Onlardan biri də kişilərdə olan 5-alfa reduktaza fermentidir. Bu kişi cinsiyyəti hormonudur. O hormon kimin başının dərisində toplanırsa, həmin insanların saçı mütləq tökülür. Həmin ferment saçın tökülməsində ən əsas rolu oynayır. Saça yaxşı qulluq etdikdə onun tökülməsinin qarşısını almaq olur”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 17.06.2024
Niyə kişilərin saçı daha çox TÖKÜLÜR? – MARAQLI SƏBƏB
Hazırda oxunan: Niyə kişilərin saçı daha çox TÖKÜLÜR? – MARAQLI SƏBƏB
Hazırda oxunan: Niyə kişilərin saçı daha çox TÖKÜLÜR? – MARAQLI SƏBƏB
197616
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.