Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub - FOTO

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub - FOTO

Hazırda oxunan: Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub - FOTO

197510

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Türkiyənin Sabancı Universitetinin rektoru Yusuf Leblebici ilə görüşüb.

Şirkətdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə SOCAR-ın insan kapitalının inkişafına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini bildirən vitse-prezident Ziba Mustafayeva xüsusilə təhsil sahəsinin inkişafı ilə bağlı bir sıra səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.

Z.Mustafayeva BANM-ın fəaliyyətindən, ali məktəbin qazandığı yüksək nailiyyətlərdən bəhs edib.

Görüşdə iştirak edən BANM-ın rektoru Elmar Qasımov bu günlərdə Sabancı Universitetinin rektoru Yusuf Leblebicinin rəhbərliyi ilə nümayəndə heyətinin ali məktəbdə olduğunu və tərəflər arasında əməkdaşlığın uğurla davam etdirildiyini deyib.

Sabancı Universitetinin rektoru Yusuf Leblebici görüşə görə minnətdarlığını bildirərək hazırda “SOCAR Türkiyə” və Sabancı Universitetinin hidrogen layihəsi üzərində birgə çalışdığını deyib, əməkdaşlıqdan məmnunluqlarını söyləyib. Rektor tərəflər arasındakı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən “SOCAR Enerji Məktəbi”nin uğurlarından bəhs edib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO