Bayramqabağı mal bazarında vəziyyət: Dana 2000, quzu 500, dəvə 6000 manatdır - FOTO

Bayramqabağı mal bazarında vəziyyət: Dana 2000, quzu 500, dəvə 6000 manatdır - FOTO

Hazırda oxunan: Bayramqabağı mal bazarında vəziyyət: Dana 2000, quzu 500, dəvə 6000 manatdır - FOTO

197485

Sabah Qurban bayramıdır. Bu, islamda iki müqəddəs bayramdan biridir. Bütün müsəlman ölkələrində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündə başlayır. Adətə görə, üç gün davam edir.

Bizim.Media xəbər verir ki, bu bayramda qoyun, qoç, inək, öküz, hətta dəvə kəsilə bilər. 

Qurbanı, adətən, niyyət edib, kəsirlər. Kəsilən qurbanlıq hissələrə bölünərək qohum, qonşu və ehtiyacı olan şəxslərə paylanılır.

Qurban bayramına az qalmış mal bazarında xırdabuynuzlu heyvanların, əsasən də, qoyunlarla qoçların qiymətində artım müşahidə olunur. Demək olar ki, xüsusi günlərdə qiymət artımı artıq adət halını alıb.

oxu.Az-ın əməkdaşları mövcud vəziyyəti öyrənmək üçün hər kəsin Məhəmmədlidə mal bazarı kimi tanıdığı ünvana baş çəkiblər: 

Bazara daxil oluruq, sabah bayram olmasına baxmayaraq seyrəklik müşahidə olunur. Alıcılar yox səviyyəsindədir. Satan daha çoxdur. Məyusluq içərisində bizi qarşılayırlar. Çünki bizi alıcı zənn ediblərmiş...

Bazara ölkənin müxtəlif bölgələrindən iri və xırdabuynuzlu heyvanlar gətirilir. Mal bazarında xeyli sayda qurbanlıq qoyunlar var. Lakin onları alan yoxdur. Bir qədər sonra hərəsi bir tərəfdən sözə başlayır. Satıcılar alıcı azlığından gileylənirlər.

Satıcı Əhmədağa Hüseynov qiymətlər barədə danışıb:


"Hər kəs Qurban bayramını qeyd etməlidir. Bizdə çalışırıq ki, kimsə qurbansız qalmasın. Hamı ala bilsin. Ortalama qiymət doqquz manatdır.

40 baş heyvan gətirmişəm. 11-12 baş heyvanı gətirən kimi satmışam. Alıcılıq yaxşıdır. Heyvanlar Cəlilabaddan gətirilir. İmkanımız daxilində elə qiymət qoyuruq ki, ala bilsinlər. Bolluqdur və qiymət artımı yoxdur".

Digər bir satıcı alıcıların olmadığından gileylənib:

"Alıcı azdır. Heyvan çoxdur, alan yoxdur. Keçi 120-150 manatadır. Dana 1 300-2 000 manat arası dəyişir. Quzu 300-400-500 manatadır. Toğlu 300-800 manat arası dəyişir. Dəvə 2 000-6 000 manatdır".

Satıcı Canəli Niftəliyev bayramqabağı qiymətlərin endiyini qeyd edib:


"Alıcılıq qabiliyyəti çox zəifdir. Heç kim yoxdur. Ancaq satıcılardır. Qiymətlər eynidir. Qoyun ətinin kilosu doqquz manatdan başlayır. Çəkisinə görə dəyişir. Böyük heyvan 8 manat 50 qəpikdir, balaca heyvan doqquz manatdır. Qurbanlıqda erkək heyvan daha çox satılır".

Söhbəti bitirdikdən sonra satıcılarla vidalaşırıq. Ümid edirik ki, sabaha qədər qurbanları satarlar və hər iki tərəf məmnun qalar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO