"Toplum TV” işinə görə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək

Hazırda oxunan: "Toplum TV” işinə görə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək

197473

"Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək.

Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc özünün “Facebook” hesabında paylaşım edib.

Vəkil qeyd edib ki, Bakı şəhərinin Xətai Rayon Məhkəməsi bununla bağlı qərar qəbul edib:

“Ələsgər Əhmədoğlunun müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq orqanı da şikayətə etiraz etmədi. Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək”.

Qeyd edək ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda Ə.Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO