Şuşa Bəyannaməsinin üçüncü ildönümünə həsr olunmuş tədbir çərçivəsində Şuşaya səfər edən millət vəkili Vüqar İsgəndərovun maraqlı görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, millət vəkili Şuşada, hotelin foyesində musiqiçilərlə birlikdə mahnı oxuyub.
Vüqar İsgəndərov sözləri Fikrət Qocaya, müsiqisi Emin Sabitoğluna məxsus “Payız gəldi” nəğməsini səsləndirib. Deputat həmçinin müsiqiçilərlə birgə digər mahnıları da zümzümə edib.
Qeyd edək ki, daha əvvəl millət vəkili Milli Məclisin Şimali Kiprlə parlamentlərarası işçi qrupunun üzvləri ilə Kiprə səfəri çərçivəsində azərbaycanlı deputatların şərəfinə Prezident Ərsin Tatar tərəfindən təşkil olunan ziyafətdə musiqinin müşayiəti ilə Azərbaycanın xalq mahnısı olan “Qaragilə”ni ifa etmişdi.
Həmin görüntüləri təqdim edirik:
- A-
- A
- A+
Cəmiyyət
17:41 / 15.06.2024
Millət vəkili Şuşada musiqiçilərlə birlikdə mahnı oxudu - VİDEO
Hazırda oxunan: Millət vəkili Şuşada musiqiçilərlə birlikdə mahnı oxudu - VİDEO
Hazırda oxunan: Millət vəkili Şuşada musiqiçilərlə birlikdə mahnı oxudu - VİDEO
197461
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.