Zaqatalada yaşayış evinin yanma səbəbi bu imiş – FOTO

Zaqatalada yaşayış evinin yanma səbəbi bu imiş – FOTO

Hazırda oxunan: Zaqatalada yaşayış evinin yanma səbəbi bu imiş – FOTO

197386

Zaqatalanın Bəhmətli kəndində fərdi mənzillərdən birində elektrik naqillərində baş verən qısaqapanma yanğına səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanan mənzil rayonun Bəhmətli kənd sakini Vəzifə Məmmədovaya məxsusdur.

Ümumi sahəsi 120 kv/m olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verən zaman kimsə olmayıb. Bu səbəbdən də yanğın alovlandıqdan sonra yaxınlıqdakı qonşular hadisədən xəbər tutublar.
Yanğının söndürülməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Bütün səylərə baxmayaraq ev əşyaları ilə birlikdə yanıb.

Yanğın hadisəsinin təfərrüatları araşdırılır.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO