Nazirlər Kabinetində “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ləğv edilib.
Həmçinin, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı ləğv edilib.
Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələrinin yeni nizamnamələrini iki ay müddətində təsdiq etməlidirlər.
Qərarla bağlı daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:47 / 14.06.2024
Ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi TƏSDİQLƏNDİ
Hazırda oxunan: Ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi TƏSDİQLƏNDİ
Hazırda oxunan: Ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi TƏSDİQLƏNDİ
197325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.