DİQQƏT! Bayramda bu küçələrə avtomobillə giriş məhdudlaşdırılacaq

DİQQƏT! Bayramda bu küçələrə avtomobillə giriş məhdudlaşdırılacaq

Hazırda oxunan: DİQQƏT! Bayramda bu küçələrə avtomobillə giriş məhdudlaşdırılacaq

197309

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar elan edilən istirahət günlərində paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. 

Qeyd edilib ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur.

“AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır. Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə edilir. 
Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO