Azərbaycanda may ayında 35° isti olacaq

Azərbaycanda may ayında 35° isti olacaq

Hazırda oxunan: Azərbaycanda may ayında 35° isti olacaq

19730

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək.

Xidmətdən Bizim.Media-ya bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 17-20° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu 12-17°, gündüzlər 20-25°, bəzi günlərdə 27-32° isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 18-21 millimetr) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 16-20° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 15-20°, gündüzlər 22-27°, bəzi günlərdə 30-33° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-62 millimetr) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-15° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 8-13°, gündüzlər 13-18°, bəzi günlərdə 21-26° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 68-122 millimetr) olacağı ehtimal edilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 18-20° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir.

Gecələr havanın temperaturunun 13-18°, gündüzlər 22-27°, bəzi günlərdə 30-32° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 millimetr) olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 15-18° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr havanın temperaturunun 12-17°, gündüzlər 19-24°, bəzi günlərdə 26-31° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-166 millimetr) olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 19-21° isti olacaq. Bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr havanın temperaturunun 15-20°, gündüzlər 23-28°, bəzi günlərdə 30-35° isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-62 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 14-19° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr havanın temperaturunun 13-18°, gündüzlər 20-25°, bəzi günlərdə 27-32° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 millimetr) olacağı proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO