Siyavuş Novruzovdan həmkarlarına SƏRT REAKSİYA:

Siyavuş Novruzovdan həmkarlarına SƏRT REAKSİYA: "Qarabağ üstündən alver etməyin!" 

Hazırda oxunan: Siyavuş Novruzovdan həmkarlarına SƏRT REAKSİYA: "Qarabağ üstündən alver etməyin!" 

197258

“Milli Məclisin daxili nizamnaməsi var, hər bir deputat təklif irəli sürə bilər. Amma bəzi deputatlar iclas bitən kimi jurnalistləri çağırır, müsahibə vermək istəyir ki, mən başqa məsələni qaldırmaq istəyirdim, qoymadılar”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bugünkü növbədənkənar plenar iclasında deputat Siyavuş Novruzov deyib. 

“Biz görmüşdük ki, azlıq çoxluğa tabe olsun, amma görürük ki, azlıq bizə təsir etmək istəyir. İllərdir bizimlə çalışan insanlar gəlib başqa çıxışlar edirlər.

Ömür boyu demisən, indi əsas fikirlərə baxmalısan. Deyir ki, Qarabağın bərpası üçün sahibkarlardan bəhanə ilə pul yığılır. Hansı sahibkardan pul yığılır? Deyir, sosial təminata ayrılan pullar kəsilib Qarabağa aparılır. Harada kəsildi? Qarabağın işinə niyə haram qatırsınız?
Təcrübəsi olan adamlar belə danışmalı deyil. Kim siyasi reklam etmək istəyirsə, gələcək seçkiyə hazırlaşırsa, yolunu başqa tərəfdən salsın, Qarabağdan salmasın. Qarabağ üstündən çox alverlər olub. Artıq Qarabağın üstündən alver olmaz. Bu məsələ bitdi”, - millət vəkili qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO