Bina sakinləri Aşıq Ulduza qarşı ayağa qalxdı - “Heç bir qərarda tikintiyə icazə yoxdur” - FOTO - VİDEO

Bina sakinləri Aşıq Ulduza qarşı ayağa qalxdı - “Heç bir qərarda tikintiyə icazə yoxdur” - FOTO - VİDEO

Hazırda oxunan: Bina sakinləri Aşıq Ulduza qarşı ayağa qalxdı - “Heç bir qərarda tikintiyə icazə yoxdur” - FOTO - VİDEO

19724

Tanınmış sənətçiyə məxsus 145 min manatlıq torpaq qalmaqalı böyüyür.
Söhbət Binəqədi rayonu, Azadlıq metrosunun yaxınlığında, 8-ci mikrorayon ərazisindəki torpaq sahəsindən gedir. Belə ki, S.S. Axundov küçəsində yerləşən  3A saylı binanın bir qrup sakini sözügeən torpaq sahəsinin Aşıq Ulduz tərəfindən hasarlanmasına icazə vermir. Hətta boş sahədə hansısa tikintinin aparılmasına qarşı çıxıblar. Qalmaqal da elə bundan sonra böyüyüb.

“Tikilməmiş tifaq”

Xatırladaq ki, bina sakinlərinin etirazına görə, həmin bu torpaq sahəsi Binəqədi İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni şəkildə vətəndaş Ulduz Quliyevaya satılıb. Bundan başqa bina sakinləri iddia edir ki, ərazi 145 min manat satışa çıxarııb və torpaq sahəsində olan yaşıllıq məhv edilərək, yerində 4 mərtəbəli obyekt tikiləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Aşıq Ulduz 145 min manatlıq torpağı haqda açıqlama verdi – “Bizdən pul qoparmaq istəyirlər” - VİDEO


Aşıq Ulduz Bizim.Media-ya açıqlamasında torpağın ona məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləyib.

Sözügedən torpaq sahəsinə 2013-cü ildən sahibləndiyini deyən sənətçi 4 ildir ki, ərazidən istifadə edə bilmir. Daha doğrusu ərazidə yaşayan sakinlər buna imkan vermir. Sənətçi qeyd edib ki, məhkəmənin bütün instansiyalarını keçib və iddiasında qalib olub.

Sakinlər nə deyir?

Bu məsələdə Bizim.Media olaraq qarşı tərəfin də fikirlərini öyrənməyə çalışdıq. 

Bina sakinlərinin adından danışan Bahar Əliyeva Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. O, bildirib ki, torpaq sahəsi 2007-ci ildə Binəqədi Bələdiyyəsi tərəfdən Cəbrayıldan məcburi qaçqın düşmüş Şaiq adlı bir şəxsə əkin sahəsi kimi verilib.

“Bələdiyyənin bu səlahiyyəti əlindən alındıqdan sonra Aşıq Ulduz 2013-cü ildə Bələdiyyəni məhkəməyə verir və torpağı keçirir öz adına. Binəqədi Bələdiyyəsində bu haqda sənədlər var. Bizim bu gün Aşıq Ulduzla heç bir ədavətimiz yoxdur. Sadəcə, binaya aid olan torpaq sahəsini bizə təhvil versin. 

Aşıq Ulduz deyir, “satmıram” sakinlər deyir, “elana bax”

Bahar Əliyeva aşıq Ulduzun torpağı satışa çıxarması barədə də danışıb. Söhbət əsnasında o, Aşıq Ulduzun ərazini heç vaxt satışa çıxarmadığı haqqında səsləndirdiyi fikirləri təkzib edib:

“Aşıq Ulduz bildirir ki, ərazini heç vaxt satışa çıxarmayıb, ancaq bu yalandır. Bu torpaq 145 min manata satışa çıxarılıb, bu haqda əmlak saytında elan da  var idi. Daha sonra ətrafında söz-söhbətlər artıqdan sonra elan saytdan silinib. Ancaq məndə o reklamın fotosu var. Sizə onu da təqdim edəcəm. Hətta o zamanlar torpağa alıcı da çıxmışdı. Alıcılar hətta Aşıq Ulduza 2000 manat ilkin ödəniş də edibmiş. Lakin sonradan alıcılar əraziyə baxmağa gələndə, bina sakinləri ayağa qalxdı. Alıcılar da bu sahənin mübahisəli olduğunu görüb, verdikləri pulu geri tələb etdi”.

Bahar Əliyeva bildirib ki, torpaq 592 sakinin ümumi istifadə yeridir. Aşıq Ulduzun iddia etdiyi kimi orada ağac əkən insan İsmayıl Əliyev isə çox şərəfli, vaxtı ilə yüksək vəzifələrdə çalışmış bir insandır. 

“Pul tələbi böhtandır”

Daha sonra o, Aşıq Ulduzdan pul tələb etməsi iddialarına da cavab verib: 

“El sənətçisi bildirir ki, guya biz ondan pul tələb etmişik. Nə zaman olub? Bu 4 ildə biz onu heç görməmişik. Bütün məhkəmələrdə koronadan vəfat etmiş vəkili Tahir Əlirzayev iştirak edirdi. Biz onun vəkilini görmüşük, özü bir dəfə də olsun insanların qarşısına çıxmayıb. Bizim ondan pul istəməyimizi sübut etsin. Aşıq Ulduz insanların hüququnu tapdaladığı azmış kimi, hələ bir bizə qarşı iftira da atır. Qoy, bizim ondan pul tələb etdiyimizi sübut etsin. Sübut eləməsə mən özüm onu şər atdığı üçün məhkəməyə verəcəm. O kimdir ki, mən ondan pul tələb edim. Bəli, mən demişəm ki, yüksək çinli məmur tərəfindən Sədaqətə bu torpaq pay verilib. 2017-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə, ərazinin fotosunu təqdim etdim. Baxdılar dedilər bu yaşıllıq məhv edilə bilməz. O zaman Hacıbala Abutalıbov idi İcra hakimi. Bizi Abutalıbovun qəbul otağının müdiri Tahir müəllim qəbul etdi, dedi ki, siz çox pis yerə ilişmisiniz. Bu, çox böyük yerdən tapşırılıb. Hətta məhkəmədə də o insanın adını çəkdilər ki, bu gün o, qalib gəldi. İndi mənim adımı hallandırırlar, Sədaqət getsin sazını çalsın. Hətta bir dəfə Aşıq Ulduz Aşıqlar Birliyinin adından istifadə etdi ki, guya musiqi məktəbi açır. Biz bu barədə Aşıqlar Birliyinə müraciət etdik. Orada  Məhərrəm müəllim bildirdi ki, Aşıqlar Birliyi bu qədər ölüb ki, Aşıq Ulduz bizə musiqi məktəbi açsın? Aşıq Ulduz yalan məlumatlar yayırdı. Bundan başqa şərəf ləyaqətini təhqir etdiyimizə görə, bizi məhkəməyə verib. Sonra da deyir ki, səs ekspertizasına getməmişik. Yenə iftira atır, mən də, atam İsmayıl Əliyev də ekspertizada olmuşuq. Məhkəmədə bizim lehimizə qərar verib”.

“Heç bir qərarda tikintiyə icazə yodur”

Şikayətçi qarşı tərəfdən torpağın necə əldə olunduğu, satışı barədə açıqlama tələb etdiklərini də qeyd edib:

“Aşıq Ulduzun qızı Sədaqət bildirir ki,  evimizi satıb torpaq almışıq. Düzdür, Elxan müəllim 2 ildir İcra Başçısı kimi fəlaiyyət göstərməyə başlayıb. Ancaq digər işçilər müavin, vəkillər hamısı o illərdən çalışır. Bizə açıqlama versinlər ki, Sədaqət pulu kimə verib və torpağı kimdən alıb. Ümumi istifadədə olan torpaq sahəsini bir evin qiymətinə ona kim satıb? Bu barəd Yaşıllaşdırma idarəsinin sənədi var ki, o torpaq alınanda heç bir hüquqi və ya fiziki şəxs tərəfindən onlara müraciət olunmayıb. Digər heç bir qurumlardan izin almadan, gedib Əmlak Komitəsindən çıxarış alıblar. Bu gün bu komitə ləğv olunub və ərazinin sənədləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yenilənməlidir. Onların heç bir yeni sənədləri yoxdur”.

Bahar Əliyeva bildirib ki, məhkəmə yalnız, torpağın Ulduz Quliyevanın adına olduğu barədə qərar verib. Heç bir məhkəmə qərarında hasar və ya yaşıllığı məhv etmək barədə heç bir kəlmə yoxdur. 

“Məhkəmə işi hələ davam edir və onların ərazidə heç bir iş görməyə haqqı yoxdur. Mən icra məmurunun da bizimlə kobud davranışına görə şikayət etmişəm. Biz bu əraziyə görə bütün dövlət idarələrinə müraciət etmişik. İşin 592 sakininin xeyrinə həll olunmasına ümid edirik. Heç kəs bizim binanın qarşısında obyekt tikib, yaşıllığı məhv edə bilməz və binanın qarşısını zəbt edə bilməz. Bu, həyət binanın yaşıllıq ərazisidir. Bizim Bələdiyyə sədri də onları ərazidən uzaqlaşdırmaq istədikdə ona da hədə-qorxu gəliblər. Daha sonra onlar polis tərəfindən oradan çıxarılıb. Mən Sədaqət kimi havadan danışmıram bütün sübutlarımı sənəd və video şəklində sizə təqdim edirəm. Bunda başqa aprelin 23-də İcra məmuru məhkəmənin qərarını yerinə yetirməyə gəlir, biz isə bu haqda xəbərdarlığı aprelin 29-da alırıq. Necə olur? Bu haqda  məktub bizə əvvəlcədən gəlməlidir, bundan başqa mülki məsələlərdə mənim 10 günlük könüllülük müddətim olmalıdır”.

Məsələ burda bitmədi

Sonda Bahar Əliyeva fikirlərini belə tamamlayıb:

“İş mübahisəli olduğu üçün hələ ki, icraat dayanıb. Çünki biz haqqımızı tələb edirik. Burada mən şikayətçi deyiləm, bütün bina sakinləridir. Aşıq Ulduzun ailəsi iddia edir ki, mən torpaq sahəsini mənimsəmək istəyirəm. Əgər belə bir iş olsa idi, elə siz gəlməmişdən edərdik də, niyə 2017-ci ilə qədər gözləyirdim ki? Bu insanlar yalan, iftiralarını hələ də davam etdirirlər. Mən sizə bağın videosunu da təqdim edəcəm. Biz sübüt və faktlarla danışırıq”.

Məsələni diqqətdə saxlayacağıq.

Vüsalə Balayeva, Bizim.Media




































 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO