"Range Rover"lə toy karvanında avtoşluq etdi

Hazırda oxunan: "Range Rover"lə toy karvanında avtoşluq etdi

197202

Goranboy rayonunda "Range Rover"lə toy karvanında sürətlə hərəkət edən sürücü saxlanılıb.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, 1989-cu ildə Gəncə şəhərində doğulmuş Elçin (şərti) qohumunun toyunda iştirak etmək üçün Goranboya gedib. Toy karvanında yolun əks istiqamətinə çıxaraq, sürətlə hərəkət edib.

YPX əməkdaşları tərəfindən saxlanılan sürücü səs-küy salaraq, polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə sürücü 200 manat cərimə edilib. İnzibati qaydada tutulmuş sürücü iclas zalından azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO