Qubada sel körpünü yuyub aparıb, sakinlərin həyətlərinə su dolub - VİDEO 

Qubada sel körpünü yuyub aparıb, sakinlərin həyətlərinə su dolub - VİDEO 

Hazırda oxunan: Qubada sel körpünü yuyub aparıb, sakinlərin həyətlərinə su dolub - VİDEO 

197176

Xəbər verdiyimiz kimi Qubanın dağlıq Qarxun-Dərk, Adur kəndləri istiqamətindəki yollarını sel suları basıb, 1 körpünü yuyub aparıb. Yol təsərrüfatı ilə yanaşı, sakinlərin həyətyanı əkin sahələri, tövlə və evləri də sel sularından ziyan çəkib.

Bizim.Media-nın Şimal bürosuna daxil olan məlumata görə, Qarxun kəndində bir neçə sakinin evi və həyətyanı sahəsinə sel suları dolub.

Qarxun kənd sakini Vəfadar Ərzimanov sel sularının ona xeyli ziyan vurduğunu bildirib.

Quba icra hakimiyyəti başçısının 1-ci müavini, rayon FHK-nın sədri Tariyel İbrahimov Rük İnzibati Ərazi vahidliyinə daxil olan Adur, Dərk, Qarxun kəndlərində sel sularının əsasən, yol təsərrüfatına ziyan vurduğunu deyib. Onun sözlərinə görə, 11 saylı xüsusi təyinatlı yol idarəsi fəsadların aradan qaldırılması işlərini davam etdirir.

Sakinlərin fərdi təsərrüfatının ziyan çəkməsinə gəlincə isə Tariyel İbrahimov bu barədə quruma hər hansı məlumatın daxil olmadığını qeyd edib. 

Rayona dəyən ziyanın dəqiqləşdirilməsi aparılır.
 

 
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO