Azərbaycanda əhali sayı çox olan şəhər və rayonları - SİYAHI

Azərbaycanda əhali sayı çox olan şəhər və rayonları - SİYAHI

Hazırda oxunan: Azərbaycanda əhali sayı çox olan şəhər və rayonları - SİYAHI

197175

Azərbaycanda əhalisinin sayı 100 min nəfərdən çox olan şəhər və rayonların sayı 37-dir. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu şəhər və rayonların 28-nin əhali sayı 100-200 min, 6-nin sayı 200-300 min, 2-nin sayı 300-400 mindir, 1-nin əhali sayı isə 1 milyondan çoxdur. 


2022-ci ilin əvvəlinə aid olan məlumata əsasən, əhali sayı Bakıda 2,303 milyon nəfər, Sumqayıtda 347 min nəfər, Gəncədə 336 min nəfərdir. 


Böyük rayonların çoxu cənub regionundadır. Lənkəran rayonunda 232 min nəfər, Cəlilabadda 230 min nəfər, Masallıda 230 min nəfər əhali yaşayır. 


Bu rayonlardan başqa Şəmkir rayonunda 222 min nəfər, Abşeron rayonunda 216 min nəfər,  Ağdam rayonunda 206 min nəfər vətəndaş qeydiyyatdadır. 


Respublika tabeli şəhərlərdən Bakı, Sumqayıt və Gəncədən başqa Mingəçevirdə (107 min), Naxçıvan şəhərində (95,6 faiz), Şirvanda (88 min), Xankəndi şəhərində (56 min) əhali var.  


Naxçıvan Muxtar Respublikasının ən böyük rayonu Şərurdur. Burada 112 min insan qeydiyyatdadır. 

 

Vasif,
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO