Hadi Rəcəblinin ailəsinə məxsus obyekt CƏRİMƏLƏNDİ

Hadi Rəcəblinin ailəsinə məxsus obyekt CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Hadi Rəcəblinin ailəsinə məxsus obyekt CƏRİMƏLƏNDİ

197146

Polis tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir. Lənkəran rayonunda keçirilən tədbir zamanı “Panarama” və “Bulvar Lənkəran” restoranlarından çirkab suyun dənizə axıdılması müəyyən edilib. Həmçinin rayonun Aşağı Nüvədi kəndi ərazisində yerləşən “Palıdlı” istirahət mərkəzində isə məişət tullantılarının yandırıldığı və 2 ağacın kəsildiyi aşkar edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, çirkab suyun dənizə axıdılmasına görə həmin restoranların məsul əməkdaşları, istirahət mərkəzində məişət tullantılarını yandırdığına və 2 ağacı kəsdiyinə görə isə “Türkan” MMC-nin nümayəndəsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Lerik rayonu ərazisində keçirilən digər tədbir zamanı isə Perzəküjə kəndinin meşə zolağında 32 ədəd fıstıq ağacının kəsildiyi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Palıdlı” istirahət mərkəzi mərhum deputat Hadi Rəcəbliyə məxsusdur və hazırda onun ailəsi tərəfindən idarə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO