Gəlinin öz toyunda oxuyub oynaması düzgündürmü? – Maraqlı AÇIQLAMA 

Gəlinin öz toyunda oxuyub oynaması düzgündürmü? – Maraqlı AÇIQLAMA 

Hazırda oxunan: Gəlinin öz toyunda oxuyub oynaması düzgündürmü? – Maraqlı AÇIQLAMA 

197117

Azərbaycan toylarının milli adət-ənənələri getdiksə sıradan çıxır. Azərbaycan türkünün ən əski ənənələrindən biri sayılan toy adətlərini keçmişdəki kimi saxlamaq, qorumaq artıq çətinləşib. vaxtilə əməl edilən adətimiz müasir gəncliyin tələb və istəkləri ilə əvəzlənərək uğursuz dəyişikliklərlə nəticələnib. Bir sözlə toylarımıza yad təsirlər ayaq açıb.

Son günlər baş tutan toylarda əvvəlki toylarla müqayisədə daha fərqli ab-hava müşahidə olunur. Bəy və gəlinin nümayiş etdirdiyi xüsusi rəqs, mahnı səhnələri, necə deyərlər öz toylarında şoy göstərib, gələn qonaqları elə özləri əyləndirmələri əsl dəb halını alıb. Bəzən gəlinin toyda bir neçə gəlinlik libası dəyişərək qonaqların qarşısına fərqli formada çıxması da birnəlaı qarşılanmır.

Qədim toylarda isə belə mənzərələrin şahidi olmurduq. Nəinki gəlin libasını dəyişirdi, ümumiyyətlə öz toyunda belə oynamağa ar edib, ərə getdiyi kişinin qohumlarından və gələn qonaqlardan çəkinərdi.

Bu günlərdən Azərbaycanda baş tutan toylardan birində gəlinin mikrafonu götürüb salonun ortasında var-gəl edərək mahnı ifa etməsi və qonaqları əyləndirməsi ictimaiyyətdə səs-küy yaradıb. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif fikir ayrılıqları da qeyd olunub.

Maraqlıdır, cəmiyyət müasir toydakı səhnələrə necə yanaşır? Gəlinin öz toyunda, oxuyub oynaması normaldırmı?   

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tarix elmləri doktoru, professor və kulturoloq Minaxanım Əsədova cəmiyyətdə toy adət - ənənələrinin xüsusi yeri olduğunu vurğulayıb:

“Bizim xanımların zərifliyi, məsumluğu, gözəlliyi şifahi xalq ədəbiyyatında, atalar sözlərimizdə və s. kimi müxtəlif istiqamətlərdə nümunə olaraq göstərilir. Qızlarımız ta uşaqlıqdan bəri zərif, məsum olaraq tərbiyələndirilir. Həmişə arzumuz uşaqlarımıza xoşbəxt bir gələcəyin nəsib olmasıdır.

Qızların həvəslə gözlədiyi günlərdən biri də ailə həyatı quracaqları gündür ki, məhz həmin gün üçün də rəqslər, mahnılar hazırlayan cütlüklər az deyil. Təbii ki, hər kəs öz xoş günündə əylənməlidir. Amma bəzən görürük ki, əyləncənin həddi aşılıb və bu mənzərə kənardan heç də etik görsənmir.

Ola bilər ki, rəqs etmək, oxumaq istəsinlər, amma mən məsləhət görərdim ki, xarici rəqslərə, mahnılara meyil etməkdənsə, elə öz milli rəqslərimizi nümayiş etdirsinlər.

Gənclərimizə məsləhət görürəm ki, peşəkar rəqqasələrdən öz milli rəqslərimizi  öyrənib, nümayiş etdirsinlər və beləcə subay gənclərimizə də nümunə olsunlar”, - deyə kulturoloq bildirib.

Nailə Kərim, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO