Xaçmazda GİLAS YIĞIMI – “Fermerlər qiymətdən razıdır, alıcılar isə...” – FOTO 

Xaçmazda GİLAS YIĞIMI – “Fermerlər qiymətdən razıdır, alıcılar isə...” – FOTO 

Hazırda oxunan: Xaçmazda GİLAS YIĞIMI – “Fermerlər qiymətdən razıdır, alıcılar isə...” – FOTO 

197074

Şimal bölgəsinin ən böyük meyvəçilik rayonu olan Xaçmazda bir neçə gündür, gilas yığımına başlanılıb. Hazırda tezyetişən gilasın yığımı aparılır.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, rayonda 4422 hektar gilas bağı var. Tezyetişən gilas yığımı davam edir. Keçən il 22636 ton gilas yığılıb, məhsuldarlıq isə 96 sentner təşkil edib. Builki məhsuldarlığı söyləmək isə hələ tezdir. Bu, yığımın sonunda məlum olacaq.

Yerli fermerlər bu il havaların qeyri-sabit keçməsi səbəbindən məhsulun az olmasından narahat olsalar da, hazırki satış qiyməti onları qane edir.
Hazırda rayon və paytaxt bazarlarında "Napoleon", "Romanovka" kimi sortların kiloqramı 4-5 manat arasında satılır. Qiymət alıcıları qane etməsə də, fermerlərin ürəyincədir.

Qeyd edək ki, Xaçmazda yerli fermerlər daxili bazarla yanaşı, Rusiya bazarlarına da məhsul aparırlar. Hazırda gilasın satış qiymətinin bahalığı qonşu ölkəyə gilas aparan iş adamları üçün sərfəli deyil. Səbəb isə Moskva bazarlarında qiymətin aşağı olmasıdır. İş adamları bununla belə qiymətlərin yüksələcəyinə ümid edir.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO