Zəfər Qurbanov Ege Universitetinin “Fəxri doktoru” adına layiq görüldü – FOTO

Zəfər Qurbanov Ege Universitetinin “Fəxri doktoru” adına layiq görüldü – FOTO

Hazırda oxunan: Zəfər Qurbanov Ege Universitetinin “Fəxri doktoru” adına layiq görüldü – FOTO

197069

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Türkiyənin ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Ege Universitetinin “Fəxri doktoru” adına layiq görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ege Universitetinin rektoru Necdet Budak və universitet rəhbərliyi qərar verib.

Zəfər Qurbanov sosial şəbəkə hesabında Ege Universitetinin “Fəxri doktoru” adına layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşüb:

“Əziz dostum, qardaşım Necdet hocaya və rəhbərlik etdiyi kollektivə məni bu fəxri ünvana layiq gördükləri üçün təşəkkür edirəm.

Bu il Aqrar Universitetlə Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının ilk məzunlarının buraxılışı sevincini yaşayırıq. Həmçinin, hər iki universitetin akademik heyətinin qarşılıqlı əməkdaşlığı nəticəsində birgə tədqiqat işlərinin və beynəlxalq indeksli jurnallarda çap olunan məqalələrin sayı da artır. Bir çox uğurlarımız barədə isə yaxın günlərdə statistik məlumatları diqqətinizə çatdıracağıq.

Təbriklərə görə hər birinizə təşəkkür edirəm, yalnız irəli!”



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO