Saatlıda Yol Polisi tərəfindən avtomobillər yoxlanılıb - FOTO

Saatlıda Yol Polisi tərəfindən avtomobillər yoxlanılıb - FOTO

Hazırda oxunan: Saatlıda Yol Polisi tərəfindən avtomobillər yoxlanılıb - FOTO

197034

Saatlıda "Təmiz hava" aylığı çərçivəsində tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Dövlət Yol Polisi Bölməsinin və ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. 

Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb. 
Qayda pozuntusuna yol verən sürücülər barəsində inzibati tənbeh tədbiri görülüb.

Bundan əlavə, tədbirlər zamanı nəqliyyat vasitəsini sərxoş və narkotik vasitənin təsiri altında idarə edən üç sürücü də müəyyən edilib. Həmin sürücülər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO