Üç məktəbin direktoruna şiddətli TÖHMƏT VERİLDİ

Üç məktəbin direktoruna şiddətli TÖHMƏT VERİLDİ

Hazırda oxunan: Üç məktəbin direktoruna şiddətli TÖHMƏT VERİLDİ

197015

Təhsil müəssisələrində şagirdlərin dərsə, pedaqoji və texniki işçilərin işə davamiyyəti, tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin qaydalara uyğun tərtib olunmasının yoxlanılması və digər məsələlərin araşdırılması məqsədilə monitorinq və yoxlamalar aparılıb.

Bu barədə Bizim.Media-ya Qarabağ Regional Təhsil İdarəsindən bildirilib.

Bildirilib ki, yoxlama zamanı dərnəklərin düzgün təşkil olunmadığı, işçilərin işə davamiyyətinin zəif olduğu, işçilərin öz vəzifə funksiyalarını qanunamüvafiq yerinə yetirmədiyi, şagird davamiyyətinin zəif olduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı müəyyən edilib.

Ağcabədi rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Ağdam rayonu 129 nömrəli tam orta məktəbinin, Bərdə rayonu Zümürxan kənd Xankişi İsmayılov adına tam orta məktəbin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edilib ki, təhsil müəssisələrində yoxlamalar planlı və ardıcıl şəkildə davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO