Azərbaycanda tanınmış aktyor, Lənkəran Dövlət Dram Teatrının sevilən siması Əlibala Əsgərov 69 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, aktyor uzun sürən ağır xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əlibala Əfsər oğlu Əsgərov 28 yanvar 1955-ci ildə Sumqayıt şəhərində anadan olub. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhər mədəniyyət evində əmək fəaliyyətinə başlayıb.
Lənkəran Dövlət Dram Teatrında 1975-ci ildən işləyir. 1978-1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsində təhsil alıb.
Aktyorun milli klassiklərimizin əsərlərinin tamaşalarında ifa etdiyi rollar Vəzir Mirzə Həbib, Əsgər bəy (“Lənkəran xanının vəziri” və “Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Məşədi Oruc (“Ölülər”, Cəlil Məmmədquluzadə), Ağa Kərim Xan Ərdəbili (“Ağa Kərim Xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Məşədi Seyfulla, Odabaşı və Xudayar xan, Firudin bəy, Qasid, Mirzə Qoşunəli (“Xortdanın cəhənnəm məktubları”, “Millət dostları”, “Ağa Məhəmməd şah Qacar” və “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Məşədi Ağakişi (“Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Şiruyə (“Fərhad və Şirin”, Səməd Vurğun), Musa (“Nadir şah”, Nəriman Nərimanov) olub.
Bundan başqa aktyor Azərbaycan müəlliflərinin müxtəlif janrlı dramlarında da rol alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:29 / 12.06.2024
Azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: Azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: Azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO
197010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.