Jurnalistlər üçün “İnsan hüquqları aylığı” çərçivəsində təlim keçirildi – FOTO

Jurnalistlər üçün “İnsan hüquqları aylığı” çərçivəsində təlim keçirildi – FOTO

Hazırda oxunan: Jurnalistlər üçün “İnsan hüquqları aylığı” çərçivəsində təlim keçirildi – FOTO

196952

“İnsan hüquqları aylığı” çərçivəsində media subyektlərinin nümayəndələri üçün Hüquq və İnsan Haqları İnstitutu Medianın İnkişafı Agentliyi ilə birgə “İnsan hüquq və azadlıqlarının qorunması” mövzusunda təlim keçirilib. 

Bizim.Media xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd mediada paylaşılan xəbərlərdə insan hüquqlarının pozulması hallarının qarşısını almaq, gender və hüquq bərabərliyi üzərində qurulmuş mənəvi dəyərləri təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörmət və insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkmək, eləcə də jurnalistlərdə peşəkar yanaşma keyfiyyətlərini təşviq etməkdən ibarətdir.

Təlimi giriş sözü ilə açan Hüquq və İnsan Haqları İnstutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev  insan hüquqlarının müdafiəsi sahəsində təşkil edilən silsilə maarifləndirici təlimlərdən danışıb.

Bildirib ki, İnstitut təkcə dövlət qurumlarının əməkdaşları üçün deyil, həm də bu istiqamətdə davamlı olaraq geniş ictimaiyyət üçün təbliğat və təşviqat tədbirləri həyata keçirir. Sədr müavini Agentlik ilə səmərəli əməkdaşlıq nəticəsində jurnalistlərlə növbəti dəfə bir araya gəldiklərini də diqqətə çatdırıb. 

Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova tədbirin İnsan hüquqları günü ərəfəsində keçirilməsinə diqqət çəkərək media məhsullarının hazırlanması zamanı insan hüquq və azadlıqlarına əməl edilməsinin müstəsna əhəmiyyət daşıdığını, həm “Media haqqında” Azərbaycan Respublikası Qanununun, həm də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının bu məsələyə münasibətdə birmənalı və həssas yanaşma sərgilədiyini bildirib. Habelə Agentlik tərəfindən müvafiq istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

İnstitutun təlimçi-ekspertləri Jurnalistlərin Etik Davranış Qaydalarının prinsipləri, BMT-nin Uşaq Hüquqları və Avropa İnsan Hüquqları konvensiyalarının müddəaları, mediada və sosial şəbəkələrdə insanlar arasında ayrı-seçkiliyi təbliğ edən və nifrət nitqinin yaranmasına səbəb olacaq xəbərlərin paylaşılmasının qarşısının alınması mövzusunda əhatəli təqdimatlarla çıxış ediblər. 
Müzakirələr zamanı jurlanistlərin sualları cavablandırılıb. Mövzu üzrə kazus müzakirəsindən sonra təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub. 

















Nailə Kərim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO