Milli Məclisin vitse-spikeri Adil Əliyevin qardaşı, ehtiyatda olan polis polkovniki Allahverdi Əliyev 77 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Elnur Eltürk məlumat yayıb. O bildirib ki, A.Əliyev sabah Şüvəlan qəsəbəsi Mir Mövsüm Ağa ziyarətgahındakı məzarlıqda dəfn ediləcək.
Qeyd edək ki, Allahverdi Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışıb. Onun pensiyaya çıxarkən son iş yeri DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu üzrə polis şöbəsinin rəisi vəzifəsi olub.
A.Əliyevin digər qardaşı Məhərrəm Əliyev də uzun illər polis sistemində çalışıb və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. 2023-cü ilin dekabrınadək Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsini tutan general-polkovnik Məhərrəm Əliyev hazırda ölkəmizin Belarusdakı səfiridir.
Bizim.Media
![Deputat Adil Əliyevin qardaşı vəfat etdi - FOTO Deputat Adil Əliyevin qardaşı vəfat etdi - FOTO](https://bizim.media/file/articles/2024/06/12/1718191593_photo_5426933801654805329_x_16x9.png)
- A-
- A
- A+
Cəmiyyət
15:26 / 12.06.2024
Deputat Adil Əliyevin qardaşı vəfat etdi - FOTO
Hazırda oxunan: Deputat Adil Əliyevin qardaşı vəfat etdi - FOTO
Hazırda oxunan: Deputat Adil Əliyevin qardaşı vəfat etdi - FOTO
196943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.