Şəhidimizin kimliyi 31 il sonra müəyyənləşdi - FOTO

Şəhidimizin kimliyi 31 il sonra müəyyənləşdi - FOTO

Hazırda oxunan: Şəhidimizin kimliyi 31 il sonra müəyyənləşdi - FOTO

196931

Şəxsiyyəti 31 ildən sonra müəyyən olunan şəhid Hafiz Qədim oğlu Məmmədovun Gəncə şəhərindəki məzarı abadlaşdırılıb.

Bizim.Media xəbər verir ki, mərasimdə şəhidin doğmaları ilə yanaşı, Gəncə şəhəri və Kəlbəcər rayonunun rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, H.Məmmədov 1971-ci il aprelin 19-da Kəlbəcər şəhərində anadan olub. O, 1993-cü il martın 30-da könüllü olaraq Birinci Qarabağ müharibəsinə gedib. Leytenant Hafiz Məmmədov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib.

1993-cü il aprel ayının 3-də Murovdağ yüksəkliyi, “Güzgü” adlanan post uğrunda gedən döyüşlərdə itkin düşüb. Naməlum şəhid kimi Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO