Lənkəranda internet provayderinin əməkdaşı faciəli şəkildə dünyasını dəyişdi

Lənkəranda internet provayderinin əməkdaşı faciəli şəkildə dünyasını dəyişdi

Hazırda oxunan: Lənkəranda internet provayderinin əməkdaşı faciəli şəkildə dünyasını dəyişdi

196928

Lənkəran rayonunun Gərmətük kəndi ərazisində internet provayderlərindən birinin əməkdaşı, Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkilən zaman yüksək gərginlikli elektrik xətlərinə toxunub. 

Bizim.Media xəbər verir ki, bu zaman yüksək gərginlikli elektrik cərəyanı onu vurub. 

Digər işçilərin köməyi ilə huşsuz vəziyyətdə olan C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həkimə qədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO