Bakı-Astara dəmir yolunun tikintisi bu tarixə planlaşdırılır – RƏSMİ  

Bakı-Astara dəmir yolunun tikintisi bu tarixə planlaşdırılır – RƏSMİ  

Hazırda oxunan: Bakı-Astara dəmir yolunun tikintisi bu tarixə planlaşdırılır – RƏSMİ  

196926

Bakı-Astara dəmir yolu istiqamətində xüsusi plan üzə 2025-ci ildən layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir. 

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib. 

O vurğulayıb ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzə həyata keçirilir. 

R. Rüstəmovun sözlərinə görə, hazırda Bakı-Yalama istiqamətində yollar yenidən qurulur: "Növbəti ilin birinci yarım ilində bu istiqamətdə işlərin sona çatdırılması planlaşdırılır". 

Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin, bununla bağlı 2026-ci ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub. 

Bakıdan Yalamaya qədər olan dəmir yolunun yenidən qurulması Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilir. Xatırladaq ki, ADB dəmir yolu sısteminin inkişafı proqramının reallaşdırılması üçün Azərbaycana 400 milyon ABŞ dolları məbləğində kredit ayırıb. 
Bakı-Yalama dəmir yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO