"Baykar" şirkəti: ““Baykar" adından saxta reklam və xəbərlərə aldanmayın” – FOTO  

Hazırda oxunan: "Baykar" şirkəti: ““Baykar" adından saxta reklam və xəbərlərə aldanmayın” – FOTO  

196909

“Bir müddətdir ki, internet saytlarında və sosial media platformalarında “Baykar”a sərmayə qoyaraq gəlir əldə edə biləcəyinizi iddia edən saxta reklamlar, xəbərə bənzər məzmunlar və videolar yayıldığını görürük. Belə qeyri-real reklamlarda süni intellektin dəstəyi ilə mənə məxsus görünən xəbər və videolardan, çıxışlardan, görüntülərdən istifadə olunur. Bu ifadələr, videolar və müsahibələr kimi məzmunlar tamamilə yalandır və saxtakarlıq məqsədilə qanunsuz olaraq yayılır”. 

Bu barədə Bizim.Media-ya "Baykar" şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Bildirilib ki, Səlcuk Bayraktar adından bu formada yayılan xəbərlərə aldanmamaq lazımdır və şirkət bu kimi investisya proqramları həyata keçirmir. 

“Bir daha xatırlatmaq istəyirəm ki, açıq şirkət olmayan "Baykar" heç vaxt investisiya təklifləri və ya tövsiyələr vermir. Bu cür saxtakarlıq cəhdlərinə qarşı hüquqi proseslərimiz davam edir. Bütün vətəndaşlarımızdan xahiş edirəm ki, bu cür məzmunlara qarşı diqqətli olsunlar və onlara etibar etməsinlər”, - deyə qurumdan bildirilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO