Ayağını pəncərədən çıxarıb

Ayağını pəncərədən çıxarıb "Prius" sürən şəxs həbs edildi - VİDEO 

Hazırda oxunan: Ayağını pəncərədən çıxarıb "Prius" sürən şəxs həbs edildi - VİDEO 

196905

Narkotik vasitənin təsiri altında qeyri-etik hərəkətlər edən sürücü həbs edilib. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən xəbərə görə, paytaxtın Nərimanov rayonu, H.Əliyev prospektində “Toyota Prius” markalı, 77-XA-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsgəndərov Tahir Elşən oğlu qeyri-etik tərzdə avtomobil idarə etdiyi üçün Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.İsgəndərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub. 

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.İsgəndərovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO