Şəkidə güclü şimşək çaxıb, evlərdə elektrikli məişət əşyaları yararsız hala DÜŞÜB

Şəkidə güclü şimşək çaxıb, evlərdə elektrikli məişət əşyaları yararsız hala DÜŞÜB

Hazırda oxunan: Şəkidə güclü şimşək çaxıb, evlərdə elektrikli məişət əşyaları yararsız hala DÜŞÜB

196828

Bu gün axşam saatlarında Şəkidə şimşəklə müşahidə edilən yağıntılı hava şəraiti qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şimşəklə müşahidə edilən leysan yağışı zamanı şəhərin Məhəmməd Əmin Rəsulzadə prospektində, 14 nömrəli məktəbin yaxınlığında yerləşən evlərdə yaşayan sakinlər şimşəklə yanaşı bərk səs eşidiblər. 

Bundan sonra mənzillərdə elektrikə qoşulu olan məişət və texniki alətlər sıradan çıxıb. İlkin məlumata görə, bir küçədə yerləşən  beş mənzildə Wi-Fi modemi, iki evdə  televizor daha bir neçə mənzildə isə digər məişət avadanlıqları yararsız vəziyyətə düşüb.
Sakinlər məsələ ilə bağlı müvafiq qurumlara müraciət edib. Məsələ araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO