Dövlət Statistika Komitəsi məlumatına görə, ötən il Azərbaycanda 5 milyon 879 min 200 kiloqram mal-qara əti satılıb. Satılan mal ətinin maya dəyəri 25 milyon 122 min 700 manat olub.
Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, 1 kiloqram mal ətinin maya dəyəri 4 manat 27 qəpik olub. Məlumat üçün bildirək ki, mal ətinin maya dəyərinin ən yüksək olduğu bölgə İsmayıllı rayonu olub. İsmayıllıda 1 kiloqram mal ətinin maya dəyəri 9 manat 58 qəpik təşkil edib.
Mal ətinin maya dəyərinin ən aşağı olduğu ərazi isə Şəmkir rayonu olub. Bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 2 manat 7 qəpik təşkil edib.
Maraqlıdır ki, ətin bir kiloqramının satış qiyməti bölgələrdən asılı olaraq, 14-17 manat arasında dəyişir. Göründüyü kimi, rəsmi statistic rəqəmlərə əsasən, mal ətinin maya dəyəri ilə pərakəndə satış qiyməti arasında ciddi fərq mövcuddur.
Bəs bu fərq nədən qaynaqlanır?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mal ətinin maya dəyərinin bu qədər aşağı olmasının heç də inandırıcı olmadığını bildirib:
“Çünki bəzi reallıqları hamı bilir. Ona görə də “Azərbaycanın filan bölgəsində ətin maya dəyəri 3-4 manatdır” demək kifayət qədər qeyri-ciddi görünür. Hansısa malın, məhsulun maya dəyərini öyrənmək üçün müvafiq metodologiyadan istifadə etmək lazımdır. Ən doğru metodologiya budur ki, bir kiloqram ətin maya dəyərini müəyyən etmək üçün satışa çıxarılana qədər sərf olunan qiymətlərin məcmusunu hazırlamaq lazımdır. Sonra da ətin real qiymətində xərclər məcmusunu çıxmaq gərəkdir. Bax, o zaman real qiyməti müəyyən etmək olar”.
Müsahibimiz hesab edir ki, bəyan edilən bu qiymətlər birmənalı şəkildə reallıqdan çox-çox uzaqdır:
“Doğrudan da, mal ətinin bir kiloqrımının maya dəyəri 3-4 manatdırsa, onda bizim fermerlərin qazancı kifayət qədər yüksək olmalı idi. Amma reallıq bunun əksini deyir. Heç kimə sirr deyil ki, Azərbaycanda örüş problemi var. Məhz bu səbəbdən də fermerlər heyvanlarını əsasən bağlı məkanda saxlayırlar. Bağlı məkanda saxlanılan heyvana verilən ot kipinin, yemin və digər qidalarınsa qiyməti hər kəsə məlumdur.
Bu reallıqdan çıxış edib deyə bilərik ki, fermerlərin heyvandarlıqdakı qazancları azdır. Belə olmasa idi, ölkədəki heyvanların baş sayı sürətlə azalmaz, əksinə xaricdən gətirilən ətin həcmi artmazdı. Ona görə də təqdim edilən statistika reallığı əks etdirmir. Bu məsələdə ya metodologiya səhvdir, ya da təqdim edilən qiymətlər yanlışdır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:46 / 11.06.2024
Mal ətinin bir kiloqramının maya dəyəri 4 manatdır? – TƏHLİL
Hazırda oxunan: Mal ətinin bir kiloqramının maya dəyəri 4 manatdır? – TƏHLİL
Hazırda oxunan: Mal ətinin bir kiloqramının maya dəyəri 4 manatdır? – TƏHLİL
196800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.