Qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlandı – SİYAHI/FOTO

Qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlandı – SİYAHI/FOTO

Hazırda oxunan: Qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlandı – SİYAHI/FOTO

196780

Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu il Qurban bayramı iyunun 17 və 18-nə təsadüf edilir. Bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. 

Qurum Bizim.Media-nın sorğusuna cavab olaraq qurbanlıq heyvanların satış və kəsim yerlərini açıqlayıb.

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.

Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. 
Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla  bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.

Qurban bayramı günlərində respublika üzrə 147 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 64-də həm kəsim, həm satış, 47-də qurbanlıq heyvanların yalnız satışı, 36-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər. 

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları afsa.gov.az/az/qurban-bayrami-2024 linkindən əldə edə bilərsiniz:








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO