Bakıda sifarişlə quldurluq: 61 500 manatı ələ keçirən şəxslər həbs edildilər - VİDEO

Bakıda sifarişlə quldurluq: 61 500 manatı ələ keçirən şəxslər həbs edildilər - VİDEO

Hazırda oxunan: Bakıda sifarişlə quldurluq: 61 500 manatı ələ keçirən şəxslər həbs edildilər - VİDEO

196774

Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi törədilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və zərərçəkmişin əlindəki içərisində 61 500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyev saxlanılıb.

Həmin şəxs ifadəsində cinayəti tanışı, əvvəllər məhkum olunmuş, 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd olunan şəxsin də saxlanılması təmin edilib. Onlardan cinayət yolu ilə əldə etdikləri 32 500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Araşdırmalarla müəyyən edilib ki, Rəfael Tağızadə zərərçəkmişlə cəzaçəkmə müəssisəsində olan zaman tanış olub və onda külli miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı Cavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Allahverdiyev və Rəfael Tağızadənin barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO