Azərbaycanda Fulya Öztürklə bağlı film çəkiləcək

Azərbaycanda Fulya Öztürklə bağlı film çəkiləcək

Hazırda oxunan: Azərbaycanda Fulya Öztürklə bağlı film çəkiləcək

19674

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin və müharibə ilə bağlı dəqiq informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" televiziyasının reportyoru Fulya Öztürk barədə sənədli film çəkiləcək.

Bizim.Media "report"a istinadla bildirir ki, "Fulya" adlı ekran əsərinin ssenari müəllifi və rejissoru kinorejissor Tahir Tahirovicdir.
 

MÖVZU İLƏ BAĞLI:

Fulya Öztürkün Azərbaycan xatirələri - FOTO 


Filmdə F.Öztürkün və müharibə dövründə onunla birlikdə Azərbaycanda, xüsusən də cəbhə bölgəsində çəkilişlər aparan operatorun lentə aldığı və indiyədək yayımlanmayan 11 saatlıq video materiallardan istifadə ediləcək.

Ekran əsərinin çəkilişlərinə bu ilin iyun ayında "CNN Türk"ün İstanbul şəhərində yerləşən baş ofisində start veriləcək, sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam etdiriləcək. Filmin çəkilişləri Şuşada yekunlaşacaq.

Layihə “Azərbaycanfilm” və “DADA Film Prodakşn”ın birgə istehsalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO