Bakıda Yeni Kaledoniyadan olan jurnalistlərin iştirakı ilə dəyirmi masa keçiriləcək

Bakıda Yeni Kaledoniyadan olan jurnalistlərin iştirakı ilə dəyirmi masa keçiriləcək

Hazırda oxunan: Bakıda Yeni Kaledoniyadan olan jurnalistlərin iştirakı ilə dəyirmi masa keçiriləcək

196731

İyunun 13-də Bakıda Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış bloqerlər və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyadan olan jurnalistlərin iştirakı ilə "Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu" mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransı keçiriləcək.

Bizim.Media xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupu tərəfindən baş tutacaq.

Məlum olduğu kimi, Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verib, habelə on nəfərdən artıq dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və həbs edilib.

Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. 

Fransa polisi və jandarması tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. 

İnformasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün də Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı təşkil edir.

Konfransın məqsədi, həmçinin, Yeni Kaledoniya, o cümlədən Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquqları pozuntularına media vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi – neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasının müzakirə edilməsidir. Yeni Kaledoniyadan yerli rəsmilər jurnalistlərin suallarını cavablandıracaqlar.
Tədbirdə 20-dən çox xarici media nümayəndəsinin iştirakı gözlənilir. Konfrans hibrid formada təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO