Universitetlərimiz Banqkokda keçirilən beynəlxalq konfransda təmsil olunur - FOTO

Universitetlərimiz Banqkokda keçirilən beynəlxalq konfransda təmsil olunur - FOTO

Hazırda oxunan: Universitetlərimiz Banqkokda keçirilən beynəlxalq konfransda təmsil olunur - FOTO

196721

“Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkok şəhərində “Qlobal Davamlı İnkişaf Konqresi” keçirilir.

Bizim.Media Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovator “Davamlı inkişaf” ilə bağlı müzakirələrə qoşulub.

Konqres iyunun 10-da başlayıb və 13-dək davam edəcək.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet (“ADA” Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Naxçıvan Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti) konqres çərçivəsində Azərbaycan pavilyonunda təmsil olunur.

Konqres çərçivəsində “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri də rəsmi elan ediləcək.
Ötən il 7 Azərbaycan universitetinin təmsil olunduğu bu reytinqə cari ildə daxil olacaq universitet sayının 2 dəfəyədək artması gözlənilir.








































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO