Ağdamda narkokuryer TUTULDU 

Ağdamda narkokuryer TUTULDU 

Hazırda oxunan: Ağdamda narkokuryer TUTULDU 

196693

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Faiq Hüseynov Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onun idarəsində olan avtomobildən və Bakı şəhərində yaşadığı evdən külli miqdarda metamfetamin, heroin, marixuana və metodon həbləri aşkar edilib.

Eyni zamanda, onun narkotik vasitəni satdığı rayon sakini Ələmdar İsmayılov da saxlanılıb. Ondan da külli miqdarda metamfetamin götürülüb.

Araşdırma zamanı F.Hüseynov həmin narkotikləri sosial şəbəkədə tanıdığı "Samirə" və "Rza" adlı İran sakinləri vasitəsilə əldə etdiyini və onların dediyi ərazilərə çatdıraraq narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO