Bakıda evdə partlayış olub, xəsarət alan var - FOTO/VİDEO

Bakıda evdə partlayış olub, xəsarət alan var - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda evdə partlayış olub, xəsarət alan var - FOTO/VİDEO

196665

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin həyətində həcmi 50 litr olan qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində evin mətbəxinin divarlarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO